JPMorgan öz kriptovalyutasını istifadəyə verdi | Banco.az

JPMorgan öz kriptovalyutasını istifadəyə verdi

JPMorgan Chase bu həftə ərzində öz kriptovalyutasını hazırlayan Amerikanın ən nəhəng banklarından ilki oldu. Yeni token (kripto məhsul) JPM Coin adlanır və bank müştəriləri arasında anında aparılacaq əməliyyatlar zamanı istifadə ediləcək.

JPMorgan Chase – hər gün 6 trilyon dollardan çox köçürmələr edir və əməliyyatların sürətləndirilməsi məqsədi ilə istifadə olunacaq.

Bu proses necə tənzimlənəcək?

Hər bir JPM Coin bir dollar dəyərində olub qiyməti dəyişilməz qalacaq (çünki bu kriptovalyuta stablecoin növünə məxsusdur).

Köçürülmə və ya satış həyata keçirilən kimi tokenlər məhv ediləcək. Əvəzində isə müştəri kriptovalyutaya uyğun vəsaiti dollar ilə əldə edəcək.

Qeyd olunur ki, JPM Coin bir neçə ay müddətində sınaqdan keçiriləcək, köçürülmələr ümumi həcmin kiçik bir hissəsini təşkil edəcək. Bu proses bank müştərilərini köçürülmələr zamanı rast gəlinən sürət məhdudiyyətindən azad edəcək.

Yeni hazırlanan daxili kriptovalyuta üç proses zamanı:

1.     Nəhəng korporativ müştərilər üçün nəzərdə tutulan beynəlxalq ödənişlər;

2.     Mühafizə edilən və artıq anında baş tuta bilən əməliyyatlar;

3.     JPMorgan Chase bankının şirkətlər və müştərilər arasında həyata keçən ödənişlər zamanı istifadə ediləcək. Qeyd edək ki, keçən il ərzində məhz bu ödənişlər sayəsində bank 9 milyard dollar gəlir əldə edib.

JPMorgan,  JPM Coin-i istifadəyə verməsinə baxmayaraq kriptovalyuta perspektivlərini ehtiyatla müşahidə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın analitikləri: Biz uzun müddət ərzində əksər bazarlarda dövr edən kriptovalyutalara şübhə ilə yanaşırdıq. Çünki kriptovalyuta - iqtisadi antiutopiya sayıla bilməz. Onun, rezerv aktivlər sayılan dollar, avro, ien, qızıl və ödəniş sistemlərində müşahidə edilən etibar itkisi kimi xüsusiyyətə malik deyil.

JPMorgan analitikləri, kriptovalyutaları; qızılın 70-ci illərdə, Nikkei-nin 80-cı illlərdə və texnoloji kağızların 90-cı illərdə keçdiyi səs-küy və çökmə dövriyyəsi ilə müqayisə edir.

Onlar qeyd edir ki, kriptovalyutalar ənənəvi aktivlər ilə az hallarda əlaqə yaratmasına baxmayaraq; maliyyə bazarlarında risklərin sığortalanması aktivinə maraq itkisi ilə onun dəyəri xeyli azalır. Bu gün kriptovalyuta məhsullarında bu azalma nəzərə çarpacaq dərəcədədir.

 Bankın baş direktoru Ceymi Denon belə, kriptovalyutanı səhmdarlar üçün qurulan dələduz tələsi adlandıraraq tənqid edib.

 JPMorgan Chase — kriptovalyutanı istifadəyə verən ilk nəhəng bank deyil. HSBC blokçeyn texnologiyası olan, valyuta ticarətinin ümumi dövriyyəsinin kiçik bir hissəsini təşkil edən, ümumi həcmi 250 milyard dollar olan 3 milyon əməliyyatı həyata keçirəcək FX Everywhere-i təqdim edib.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: JPMorgan выпустил свою криптовалюту

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et