Ötən gün Bezosun rifah mənbəyi olan Amazonun səhmlərinin qiymətində ciddi yüksəliş qeydə alınıb. Və Jeff Bezos bir neçə saatlığa Forbesin zənginlər reytinqinin ən yüksək pilləsinə yüksəlib. Lakin o zirvədə uzun müddət davam gətirməyib.
İyulun 27-də gün Amazonun baş icraçı direktoru Jeff Bezos Bill Gatesi ötərək, dünyanın ən varlı sakininə çevirilib. Bu haqda Forbes Real Time məlumat verir. Ötən gün Bakı vaxtı ilə saat 6 radələrində onun sərvətinin miqdarı $90,5 milyard dollara çatıb ki, bu da Microsuftun təsisçisinin sərvətindən 500 mln daha çox idi.
Hazırda, Jeff Bezosun sərvəti $88.7 milyard dollar, Bill Gates-də $89.8 milyard dollar olaraq göstərilir.
Zirvəyə qalxamağa biznesmenə əsası onun tərəfindən qoyulmuş internet nəhənginin səhmlərindəki qiymət yüksəlişi olub. Şirkətin səhmərinin 17%-i məhz ona məxsusdur. İyulun 27-də Amazonun səhmləri 1,6% bahalaşıb. Ötən il inditex-in sahibi Amancio Ortega-da iki günlüyə olsa belə zirvəyə yüksələ bilmişdi.
Hazırda Amancionun sərvəti $82.9 milyard olaraq göstərilir.