2018-ci ilin iyul ayında, ölkədə ən çox işlədilən 4 valyuta barədə araşdırma apardıq.
Maraqlı məqam odur ki, yanvardan-iyula qədər dolların orta məzənnəsi təqribən 1.70 olub. Düzü hər kəs türkiyə valyuta bazarında baş verən proseslər etibarı ilə manatın dollar qarşısında sabit qalmayacağını düşünsə də bunun əksi oldu. Lakin son 5 ilin orta dollar-manat məzənnəsinə nəzər salsaq dolların manat qarşısında 100%-dən çox artdığının şahidi olacayıq.
İl |
Orta məzənnə |
2013 |
1 Dollar = 0.78 AZN |
2014 |
1 Dollar = 0.78 AZN |
2015 |
1 Dollar = 1.00 AZN |
2016 |
1 Dollar = 1.60 AZN |
2017 |
1 Dollar = 1.71 AZN |
2018 |
1 Dollar = 1.70 AZN |
İngilis funt sterliqində isə vəziyyət tam fərqli idi. Belə ki, 2018-ci ildə yanvardan-iyul ayına qədər orta məzənnə təqribən 2.31 AZN təşkil edib. Amma buna baxmayaraq funt sterlinqin iyul ayında orta məzənnəsi 2.25 AZN, aprel ayında isə orta məzənnəsi 2.40 AZN olub. Son beş ildə isə funt sterlinq manat qarşısında 88% artıb.
İl |
Orta məzənnə |
2013 |
1 Funt sterlinq = 1.24 AZN |
2014 |
1 Funt sterlinq = 1.30 AZN |
2015 |
1 Funt sterlinq = 1.55 AZN |
2016 |
1 Funt sterlinq = 2.18 AZN |
2017 |
1 Funt sterlinq = 2.24 AZN |
2018 |
1 Funt sterlinq = 2.31 AZN |
2018-ci ilin iyul ayında orta məzənnəsi təqribən 1.99 AZN olan Avronun 2018-ci ilin yanvarından iyul ayına qədər orta məzənnəsi 2.05 AZN-dir. Avronun bu il orta məzənnə üzrə ən yüksək olduğu aylar isə fevral və mart ayları idi (2.10 AZN). 2013-cü ildən bu yana isə Avronun orta məzənnə göstəricisi 97% artıb.
İl |
Orta məzənnə |
2013 |
1 Avro = 1.04 AZN |
2014 |
1 Avro = 1.04 AZN |
2015 |
1 Avro = 1.11 AZN |
2016 |
1 Avro = 1.78 AZN |
2017 |
1 Avro = 1.97 AZN |
2018 |
1 Avro = 2.05 AZN |
Rus rubluna gəldikdə isə, iyul ayı üzrə orta məzənnəsi 0,026 AZN olan rubl, 2018-ci ilin yanvarından iyul ayına qədər 0.028 AZN olub. Rublun bu il ən yüksək olduğu aylar yanvar və fevral aylarıdır. (0.030 AZN) . Son beş ildə isə rubl cəmi 17% manat qarşısında artım göstərib.
İl |
Orta məzənnə |
2013 |
1 Rubl = 0.024 AZN |
2014 |
1 Rubl = 0.021 AZN |
2015 |
1 Rubl = 0.017 AZN |
2016 |
1 Rubl = 0.024 AZN |
2017 |
1 Rubl = 0.029 AZN |
2018 |
1 Rubl = 0.028 AZN |