Xüsusi kapital cəlb edilmiş kapital çıxılmaqla məcmu nizamnamə, əlavə və ehtiyat kapitalından, bölüşdürülməmiş mənfəətdən və digər ehtiyatlardan (məqsədli fondlardan və ehtiyatlardan) ibarət olan kapitaldır.
Bu ildə bankların xüsusi kapitalı yanvar ayından iyun ayına qədər ardıcıl olaraq artmışdır. Lakin iyul ayında əvvəlki aya nisbətən xüsusi kapital 14.7 milyon manat azalıb. İlin əvvəlinə xüsusi kapital 3835.5 milyon manat olsa da, yarımilin sonunda 12% artıb. Ötən ilin iyul ayı ilə bu ilin həmin ayını müqayisə etdikdə, xüsusi kapitalın 16% artdığı görünür. Aybaay artıma baxmayaraq 2018-ci ilin noyabr ayında bankların xüsusi kapitalı bu ilin yanvar və fevral aylarından uyğun olaraq 177.5 və 52.5 milyon manat çox olub.
2017-ci ildən bəri bankların xüsusi kapitalına baxdıqda, elə həmin ildə 2 dəfə, növbəti ildə 4 dəfə, 2019-cu ilin ilk 7 ayında isə cəmi 1 dəfə azalma müşahidə olunub. Lakin bu azalmalar o qədər də əhəmiyyətli hədd olmayıb. 2017-ci ildə azalma 0.2%-2% aralığında, 2018-ci ildə isə 0.03-0.6% olub. Ən çox azalma isə cəmi 5% keçən ilin dekabrında olub.
2019 | Xüsusi kapital (mln manat) |
Yanvar | 3835,8 |
Fevral | 3960,8 |
Mart | 4027,5 |
Aprel | 4146,3 |
May | 4200,3 |
İyun | 4302,0 |
İyul | 4287,3 |
Tərlan Qəhrəmanova, Banco.az