İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”-ndan danışılıb | Banco.az

İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”-ndan danışılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”  mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimi giriş sözü ilə açan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edib ki, mütəmadi belə tədbirlərin keçirilməsində məqsəd buxracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdir.

“Onevision Business Solutions” şirkətinin direktoru Cavid Abasov tərəfindən aparılan təlim zamanı rəqabətqabiliyyətli məhsulun formalaşdırılması, ixrac üçün yaradılan mühitdən yararlanma, həvəsləndirici proqnozlara uyğun işlərin təşkili, qlobal və hədəf bazar strategiyası, markalanma siyasəti və effektiv ixracat planı mövzularına toxunulub. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Təlimin sonunda iştirakçılar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

Ən sərfəli krediti almaq üçün müraciət et