Müəllif: Tamara Mustafayeva, Banco.az
İtaliyanın cənubunda yerləşən tarixi Presicce qəsəbəsi yeni sakinlərinə 30 min avro ödəyəcək.
Banco.az xəbər verir ki, İtaliyadakı qəsəbələr son illərdə yeni sakinləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Belə ki, bir avroya satılan xaraba evlərdən tutmuş aşağı qiymətə istifadəyə hazır evlərə qədər bu qəsəbələr arasında güclü rəqabət mövcuddur.
İndi də ölkənin cənubundakı Puglia regionunda yerləşən Presicce qəsəbəsi boş yaşayış yeri və yaşayış icazəsi almaq üçün insanlara 30 min avro (təxminən 52 min manat) ödəyəcəyini açıqlayıb.
Müqavilə çərçivəsində satışa çıxarılan evlərin qiymətlərinin isə təxminən 25 min avrodan başlaması isə bu təklifi daha da cəlbedici edir. İtaliyada satılan digər ucuz mülklər kimi, onlar da çoxdan ilkin sahibləri tərəfindən tərk edilib.
Şəhər rəsmiləri ümid edirlər ki, sözügedən pul təşviqi təklifi hər il yeni doğulmuş körpələrin sayının azaldığı tərk edilmiş qəsəbələrinə yeni həyat bəxş edəcək.
Qeyd edək ki, Presicce İtaliyanın cənub qurtaracağındakı Salento regionunun təbiəti ilə əhatə olunması və Santa Maria di Leuca çimərliyinin möhtəşəm qum örtüyü və firuzəyi büllur sularına yaxınlığı ilə seçilir.
Bizi sosial şəbəkələrdən izləyin!!