İtaliya enerji şirkətlərinə tətbiq edilən mənfəət vergisini artıracaq | Banco.az

İtaliya enerji şirkətlərinə tətbiq edilən mənfəət vergisini artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya energetika şirkətlərinə tətbiq edilən əlavə mənfəət vergisini artıracaq.

Banco.az xəbər verir ki, İtaliya gələn il üçün enerji şirkətlərindən əlavə mənfəət vergisini artıracaq 35 milyard avro (36 milyard dollar) büdcə qanununu təsdiqləyib.

İtaliya enerji böhranı və inflyasiyadan zərər çəkən ailələrin müavinətlərini artırmaq üçün energetika şirkətlərinə tətbiq edilən vergi dərəcəsini artırmağa hazırlaşır.

İtaliyanın baş naziri Giorgia Meloni hökumətinin təqdim etdiyi yeni büdcə enerji satışından əldə edilən əlavə mənfəətə görə vergi dərəcəsini 2023-cü ilin ortalarına qədər 25 faizdən 35 faizə qaldırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Büdcənin 21 milyard avrodan çoxu yüksək enerji qiymətləri ilə mübarizə aparan ailələrə və müəssisələrə ayrılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et