Müəllif:Ayşən İmanova/Banco.az
İtaliya Afrika ölkələrinin enerji keçidinə 6 milyard dollardan çox sərmayə qoymağa hazır olduğunu bildirib.
Banco.az xəbər verir ki, bu barədə İtaliyanın Anqoladakı səfiri Kriştiano Qalo məlumat verib.
Diplomat 6 milyard dolların nə qədərinin Anqola üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib, lakin qeyd edib ki, bir sıra italyan şirkətləri bu ölkənin enerji sektoruna bu cür investisiyalar yatırmaqda maraqlı olduqlarını bildiriblər. Söhbət atmosferə karbon qazı emissiyasını azaldan yeni texnologiyaların tətbiqindən gedir.
Səfirin sözlərinə görə, bu şirkətlər artıq texniki-iqtisadi əsaslandırmalara başlayıb və İtaliya tərəfindən maliyyələşdirilə biləcək enerji keçidi layihələrini Anqola hökumətinə təqdim edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!