Cari ilin ikinci rübünün nəticələrinə əsasən, İsveçrənin ən böyük banklarından biri hesab olunan "Credit Suisse" bankının zərəri 519 mln. avro təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm 2008-ci ilin böhranından sonra qeydə alınan ən yüksək zərərlilik göstəricisidir.
Bank amerikalı vətəndaşlara pullarını vergi orqanlarından gizlətməkdə kömək etdiyi üçün ABŞ hökumətinə 19 milyard avro məbləğində cərimə ödəmək məcburiyyətində qalıb.
Onu da nəzərinizə çatdıraq ki, bankın zəngin müştərilərə göstərdiyi xidmətdən əldə etdiyi gəlir cəmi 4% təşkil edir. Onun amerikalı rəqibləri hesab olunan Goldman Sachs və JPMorgan banklarında isə bu rəqəm 10%-ə çatır.
Sevinc İbadova/Banco.az