Tamara Mustafayeva, Banco.az
"UBS Group AG" üçüncü rübdə gözlənilən canlanmanı göstərə bilmədiyinə və daşınmaz əmlak sektorunda daralmanın davam etdiyinə inandığı Çin iqtisadiyyatı üçün 2022 və 2023-cü illər üzrə artım proqnozlarını aşağı salıb.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Çin iqtisadiyyatının 2022-ci il üzrə ÜDM artım proqnozunu 3,0 faizdən 2,7 faizə endirən İsveçrənin transmilli investisiya bankı "UBS Group" 2023-cü il üzrə artım gözləntisini də 5,4 faizdən 4,6 faizə endirib.
Çinin son dövrlərdə atdığı stimullaşdırıcı addımların dördüncü rübdə bəhrəsini verə biləcəyini ifadə edən "UBS", bununla belə, COVID-19 ilə mübarizə tədbirlərinin 2023-cü ildə iqtisadiyyata təsirini davam etdirəcəyini və ixracatın yavaşlayacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!