İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızdır. İstiqrazlar əsasən faizli və faizsiz (diskontlu) olmaqla dövlət və korporativ istiqrazlara bölünür.
Dövlət İstiqrazları dövlət tərəfindən buraxılan və dövlət zəmanəti ilə təmin olunan borc qiymətli kağızlardır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub əsasən büdcə defisitinin bağlanması məqsədilə buraxılır. Dövlət istiqrazlarına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan faizli və faizsiz qısamüddətli, bir illik və orta müddətli istiqrazlar aiddir.
Korporativ istiqrazlar banklar və digər şirkətlər tərəfindən biznesin inkişafı, cari əməliyyatların maliyyələşdirilməsi üçün buraxılan borc qiymətli kağızlardır. Korporativ istiqrazlar əsasən kuponlu olmaqla, investorlara müəyyən olunmuş müddətlərdə sabit faiz gəliri və müddətin sonunda isə əsas məbləği ödəyir.
"İstiqraz vərəqəsi" - onun sahibinin emitentdən istiqraz vərəqəsində nəzərdə tutulan müddəti onun nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş və ya başqa əmlak ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə) almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.
İstiqraz borc şəhadətnaməsidir və 2 əsas əlaməti var:
- emitentin titulda göstərilmiş məbləği müəyyən edilmiş vaxtda qaytarmaq borcu
- emitentin istiqraz sahibinə nominal qiymət üzrə müəyyəni edilmiş faiz borcu
İstiqrazlar buraxılmış müddətinə görə, sahiblik qaydalarına görə, istiqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin ödənilməsinə görə təsnifləşdirilir
İstiqrazların növləri:
- Sabit dərəcəli istiqrazın kuponu dəyişməz qalır;
- Üzən dərəcəli istiqrazın kuponu müəyyən faizin dəyişiminə uyğunlaşdırılır;
- Konvertasiya oluna bilən isteqrazlar investora, istiqrazı şirkətin səhmlərinə dəyişmək imkanı verir.
- İnflyasiyaya bağlı istiqrazlar kupon ödənişi və nominal dəyəri inflyasiyaya görə dəyişə biləcək istiqrazlardı.
- Diskontlu qiyməti nominal dəyərindən aşağı olan kuponsuz istiqrazdır.
İstiqrazlar bazar və nominal qiymətə malikdirlər. İstiqrazın bazar qiyməti istiqraz bazarında və maliyyə bazarında olan şəraitlə müəyyən olunur.
Kuponun ödəmə qiymətinə görə xüsusiyyətinə görə istiqrazlar bölünür:
- qeyd olunmuş faiz dərecəli istiqrazlar üzrə faizlər eyni həcmdə ödənilir, istiqrazın nominal dəyəri isə onun ödənilməsi zamanı;
- üzən faiz istiqrazlar
- bərabər faiz istiqrazlar. Belə istiqrazlar indeksləşmiş adlanırlar və adətən infilyasiya şəraitində buraxılır:
- minimal və ya sıfır kuponlu istiqrazlar, onlar üzrə faiz ödənilmir və ya onların həcmi çox kiçikdir. Belə istiqrazların bazar qiyməti adətən nominaldan az olur, yəni endirim təklif olunur:
- qarışıq tipli istiqrazlar, bu zaman sahibkar gəlirin bir hissəsini qeyd olunmuş gəlir formasında digər hissəsini üzən dərəcə üzrə alır:
Fond bazarı tədavülünə görə istiqrazlar olurlar:
- Adi istiqrazlar. İllik gəlirin ödənilməsi və əsas borcun borc müddəti zamanı ödənilməsi
- Dönərli istiqrazlar. Sahibkara eyni emitentin səhmləri ilə dəyişmək hüququ verir. Ödəmə vasitəsi kimi emitent onlar üzrə daha az gəlir müəyyən edir.