Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada inflyasiya son 9 ayın ən yüksək həddini keçib.
Banco.az xəbər verir ki, Almaniyada noyabr ayına aid ilkin istehlak qiymətləri indeksi gözlənilmədən son doqquz ayın ən yüksək səviyyəsinə yüksəlib.
Bu göstərici Avropa Mərkəzi Bankının ilin son toplantısında qiymət sabitliyinə dair risklərin davam etdiyi barədə etdiyi xəbərdarlıqları yenidən gündəmə gətirdi.
Almaniya Statistika İdarəsinin məlumatlarına görə, oktyabrda 2,3 faiz olan ölkənin inflyasiyası noyabr ayında 2,6 faiz səviyyəsində qeydə alınıb. Bloomberg-in keçirdiyi sorğuda iqtisadçılar 2,4 faiz proqnozlaşdırmışdılar. Aylıq inflyasiya isə 0,5 faiz azalma gözləntilərinə baxmayaraq, 0,5 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
