İstənilən iş yerində rastlaşacağınız 8 xarakterli insan | Banco.az

İstənilən iş yerində rastlaşacağınız 8 xarakterli insan

Hər iş yerində mövcud olan bəzi işçilər vardır. Bunlar iş yerinə lazım olan stol, stul kimi həmişə vardırlar. İstənilən iş yerində qarşımıza çıxdıqları üçün onlardan şikayətlənməyə ehtiyac yoxdur. Sadəcə onlarla birgə  yaşamağa öyrəşmək lazımdır. Ən çox nəzərə çarpanları isə bunlardır.

1.  Reklam ustaları:  Bir dəfə elədiyi işi 10 dəfə göstərəbilən tiplərdir. Etdikləri ən kiçik işi belə elə təqdim edərlər ki, “necə böyük iş görüblər” dedirdirlər.

2. İdarəçiliyi sevənlər: İdarəçi ya da rəhbərlərin ətrafında dolanan və onlara yaxın olmağa çalışanlardır. Bu yaxınlıq sayəsində yüksəlməyə çalışırlar.

3.Telefon adamlar: Bu tiplərin telefonları daima məşğul olur. Telefonla danışmaqdan işləyə bilmirlər. Telefonların əsas hissəsi yarımçıq qoyduğu işlərlə bağlıdır. İşlərini tam görmüş olsaydılar telefon danışıqları bu qədər olmazdı.

4. Dünyası işdən ibarət olanlar:  Bunlar  nə olsa iş deyirlər. Daima işdən danışırlar. Hətta icazə günlərində belə iş yerinə baş çəkənlər vardır. İnsani cəhətləri isə zəifdir.

Ən sərfəli kredit üçün müraciət et

5. İş yerinə aid olmayanlar: Bu işçilərə özlərini əslində daha  yaxşı yerdə görürlər. Etdikləri işin onların səviyyəsindən çox aşağı olduqlarını düşünürlər. Belə düşündükləri üçün də lazımi qədər çalışıb müvəffəqiyyətli ola bilmirlər.

6.Paxıl olanlar: Heç bir məlumatı paylaşmazlar. “Ağzımdan bir şey qaçıraram” deyə heç nəyə fikir bildirməzlər. Belə insanlardan işlə əlaqəli bir şey öyrənə bilmərsiniz. Elə bil bildiklərini qəbrə qədər aparmağa and içiblər.

7. Qiybət edənlər: Qiybət etməkdən və insanlara söz daşımaqdan ötrü ürəkləri gedir. Pis niyyətlə deyilməmiş bir söz belə başqasına deyildiyində yalnış başa düşülə bilər. Nəticə etibarilə bu tiplər işçilər arasında mübahisə çıxmasına vasitə olurlar.

8. Negativlər:  Hər şeydən şikayət edirlər. Ən kiçik bir çatışmazlıq olsa şikayət etməyə başlayırlar. Digər işçilərin də fəaliyyətlərinin aşağı düşməsinə səbəb olurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et