İstanbulda illik inflyasiya yenidən yüksəlməyə başlayıb | Banco.az

İstanbulda illik inflyasiya yenidən yüksəlməyə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulun illik inflyasiyasında eniş silsiləsi başa çatıb.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatasının (İTO) məlumatlarına görə, İstanbulda pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Maaş Dolanışıq İndeksi iyul ayında əvvəlki ayla müqayisədə 9,84 faiz artıb. 

Bununla da. indeks 2022-ci ilin aprelində müşahidə olunan 11,36 faizlik artımdan bəri ən sürətli aylıq artıma imza atıb.

Qiymətlər illik müqayisədə isə 63,7 faiz artıb. Beləliklə, inflyasiyanın illik azalma silsiləsi başa çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram