İsrail İranın hücum təhlükəsinə qarşı bütün GPS proqramlarını blokladı | Banco.az

İsrail İranın hücum təhlükəsinə qarşı bütün GPS proqramlarını blokladı

Müəllif:Ayşən İmanova/Banco.az

İranla artan gərginlik fonunda İsrailin böyük bir hissəsi raketlərin və dronların peyk naviqasiyasını pozmaq üçün GPS-i bloklayır. 

Banco.az xəbər verir ki, başda Google olmaqla müxtəlif GPS tətbiqlərinin bloklanmasının ölkənin daxili bölgələrində ilk dəfə yaşanmağa başladığı və tətbiqləri açanların yerlərinin Təl-Əviv yerinə Beyrut olaraq görüldüyü ifadə edilib.

Qeyd edək ki, İsraillilərə raket hücumları və hava hücumları ilə bağlı xəbərdarlıqların düzgün işləməsi üçün mobil cihazlarda yerlərini əl ilə təyin etmələri tövsiyə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram