İspaniyanın 2015-ci ilin ilk rübünə olan ÜDM-un həcmi açıqlanıb. Nəticələrə görə göstərici 0.9% artıb. Bu isə illik 2.6% artıma bərabərdir və kifayət qədər sağlam artımdır.
Müqayisə üçün qeyd edək ki, bu Böyük Britaniyanın artım faizindən 3 dəfə çoxdur, ABŞ-ın qış aylarındakı artım göstəricisinin isə 18 mislinə bərabərdir. İspaniyanın ÜDM həcmində 2007-ci ildən bəri hələ belə böyük faizdə artım olmayıb.
“Ölkənin belə inkşafında son illərdə həyata keçirilən struktur islahatların böyük rolu olub. Hesab edirik ki, İspaniyanın iqtisadiyyatı növbəti dövrlərdə də yüksək templə inkşaf etməkdə davam edəcək. Gələn il üçün isə illik artımın 3% olacağıgözlənilir”deyə mütəxəssislər vurğulayıb.
Lakin iqtisadiyyatın bəzi sahələri hələ də geriləmə mərhələsindədir. Təsadüfi deyil ki, ölkədə işsizliyin həcmi 20%-dən artıqdır.
Iqtisadi ekspertlər gələcək iqtisadi inkşafı təkcə İspaniya ilə məhdudlaşdırmırlar. Onların proqnozlarına görə bütün avrozona bu inkşafa qoşulacaq və növbəti rüb ərzində bütün Avropada ÜDM 5% artacaq. Təbii ki, bu sektor üzrə göstəricisi daha çox olan ölkələr də mövcuddur.