İşəgötürənlər də səhvə yol verir! | Banco.az

İşəgötürənlər də səhvə yol verir!

Müsahibəyə uğurlu bir namizəd gələndə, insanda yüngül həyəcan hissi əmələ gəlir –kadr bazarında defisit hökm sürür, ona görə cəld hərəkət etmək lazımdır, əks təqdirdə ulduz sənin əlindən çıxacaq və rəqibə qismət olacaq! Amma ulduzlar adətən saxta çıxırlar.

Banco.az yeni əməkdaşları işə götürərkən ən çox yol verilən 6 səhvi sizin diqqətinizə təqdim edir. Belə kobud nöqsanlara demək olar ki, bütün müəssislərdə yol verirlər. 

1. Namizədlərin keçmişdə möhtəşəm nailiyyətləri

Bəzi namizədlərin xidməti dəftərçəsində həqiqətən də çox nəzərə çarpan nailiyyətlər ola bilər. heç sizin də belə nailiyyətiniz yoxdur, o ki qaldı iş üçün müraciət edən digər namizədlərin.  Ona görə də istər-istəməz adamda bu namizədi işə götürmək həvəsi yaranır.  

  • Heç vaxt insanı təkcə keçmişdə hər hansı bir möhtəşəm uğura imza atdığına görə işə götürməyin.
  • Ümid etməyin ki, o eyni uğuru sizin üçün də təkrar edə biləcək.
  • Dəqiq əmin olun ki, bu insan həqiqətən də bu vəzifə üçün bütün digər namizədlərdən daha yaxşıdır.
  • Əmin olun ki, həmin insan sizə və sizin kompaniyaya məhz indi nə ilə kömək edə biləcəyini dəqiq bilir. Düşünməyin ki, keçmişdə qazanılmış möhtəşəm uğur avtomatik şəkildə həm də müvəffəqiyyətli gələcəyə transformasiya olunacaq.

2. Çoxsaylı diplomlar və dərəcələr

Bir neçə dərəcə və diploma sahib olan insanlar arasında sözün həqiqi mənasında istedadlı liderlər çoxdur, amma bu o demək deyil ki, onların hamısı belədir. Axı bir yığın kağız heç də  onu sübut etmir ki, həmin insan biznesdə də uğurlu olacaq, necə deyilər, yaxşı tələbə, hələ yaxşı müəllim demək deyil. Bu diplom dəsti sadəcə onu göstərir ki, insan həmin diplomları əldə etməyi bacarır.

  • Belə düşünməyin: «onun MBA diplomu və ya doktor dərəcəsi var, yəqin o bütün digər namizədlərdən daha yaxşıdır, axı onların heç birinin belə üstünlüyü yoxdur.
  • Namizədlərdən xahiş edin ki, onlar sizə danışsınlar ki, əvvəllər sizin kompaniyada həll edilməli olan tipdə məsələlər həll ediblərmi və ümumiyyətlə belə tapşırıqların öhdəsindən necə gəlirlər?
  •  Xahiş edin ki, onlar öz şəxsi təcrübələrindən misal gətirsinlər, yəni indiyə qədər özləri hansı bir biznesin inkişafına nə kimi töhfə veriblər?

3. İnandırıcı təcrübə

Məsələn əgər, siz axtardığınız istiqamətdə 20 illik iş təcrübəsi olan insana rast gəlsəniz, onun təcrübəsi sizi o qədər heyran edəcək ki, dərhal həmin adamı işə götürmək istəyəcəksiniz, siz onun inandırıcı təcrübəsinin təsiri altına düşəcəksiniz. Tələsməyin:

  • İnsanı təkcə onun sizi maraqlandıran sahədə sanballı təcrübəsi olduğuna görə işə götürməyin. Əgər siz məhdud çərçivəli, dar ixtisaslı bir mütəxəssis işə götürürsünüzsə bu başqa məsələ. Amma əgər siz lider axtarırsınızsa, onda nəzərə alın ki, insan ola bilər, belə uzun təcrübəni heç də öz istəyi ilə yığmayıb ki, sadəcə kifayət qədər talantlı olmadığına görə onun vəzifəsini yüksəltməyiblər. Namizədi işə götürərkən, onun keçmiş təcrübəsindən daha çox qabiliyyətinə və sizin axtardığınız vəzifənin funksiyaları ilə bağlı düşüncə tərzinə diqqət yetirin.
  • Insanın bundan öncəki iş yerlərində necə  inkişaf etdiyinə, karyera pillələri ilə addımlama tempinə nəzər salın. Onun problemləri həll etmək, öyrənmək, böyümək və inkişaf etmək, həmçinin də başqalarını da öz ardınca aparmaq qabiliyyətlərinə fikir verin. İnsanın müəyyən peşəyə neçə il əmək sərf etməsində ilişib qalmaq lazım deyil.

4. Cazibədar şəxsiyyət

Ən sərfəli kredit üçün müraciət et

Əgər müsahibədən sonra, gələn namizədlə oturub bir fincan çay içmək istəyi, onunla işləmək istəyindən daha böyükdürsə, əmin olun ki, siz potensial dostluğu işə götürmək ilə bağlı düzgün qərarla qarışıq salmırsınız. 

  • Qərarı öz öhdənizə götürməyin. Siz cazibənin sehrli qüvvələrinin təsiri altındasınız. Siz indi aydın fikirləşə bilmirsiniz.
  • Kənardan olan bir şəxsdən kömək istəyin, qoy namizədin bacarıqlarını və onun işə nə qədər yararlı olduğunu başqa bir şəxs qiymətləndirsin.

5. Danışqan

Əgər siz satış və ya marketinq mütəxəssisini işə götürürsünüzsə, yaddan çıxarmayın ki,  bu insanlar özlərini təqdim etmək baxımından çox peşəkardırlar və müsahibə zamanı özlərini çox yaxşı satmağı bacarırlar.

  • Hipnoz edici nitqlərin təsiri altına düşməyin, belə sözlərdən sonra adətən insanda belə təəssürat qalır ki, sanki namizəd –ulduzdur.
  • Namizədlərin uğurlu hesab etdiyi iş nümunələrinə aydınlıq gətirməyə çalışın. Çalışın ki, namizədin həqiqətən də yüksək bacarıqlarından xəbər verən sübutlar tapasınız, bu onun şəxsi xidmətlərinin göstəricisi olmalıdır.
  • Namizəddən keçmiş səhvlər və uğursuzluqlar haqqında danışmağı xahiş edin. Həqiqətən də yaxşı olan namizəd aldığı dərsdən mənimsədiyi nəticəni həvəslə sizinlə paylaşacaq. Çox danışan insan isə istənilən bir yolla öz zirehindəki qüsurları gizlətməyə çalışacaq, onun cavabı dolğun lakin əhəmiyyətsiz və boş olacaq.

6. Rekomendasiyaların  və əmək dəftərçəsinin yoxlanması

Sizə elə gələ bilər ki, bu çox aydın məsələdir və bütün işəgötürənlər buna əməl edir, amma bəzən rəhbərlər o qədər məşğul olur ki, özlərinə əlavə əziyyət vermək istəmir və ya elementar tələskənlik üzündən deyilənləri yazılı yoxlamağa və ya əksinə yazıları deyilənlər ilə tutuşdurmağa vaxt ayırmır.

Məlumatların yoxlanması sizdə müsahibə nəticəsində yaranan təəssürat ilə hadisələrin gerçək vəziyyəti arasında tarazlıq yaratmağa  imkan verəcək.

  • Rekomendasiyaları və xidməti dəftərçəni yoxlamağı unutmayın. Bu addımı ötürsəniz, bir neçə müddətdən sonra təəccüblü vəziyyətdə qalmağınıza təəccüblənməyin.
  • Faktları təkcə namizədlərin qeyd etdiyi mənbələrdən deyil, bir neçə başqa mənbədən də yoxlamağa çalışın.