Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Mərkəzi Bankı (PBOC) bazar günü qızıl ehtiyatlarına dair məlumatları yayımlayıb.
Banco.az xəbər verir ki, buna əsasən, PBOC-nin qızıl ehtiyatları ötən ay 30 min unsiya artaraq ümumilikdə təxminən 74,12 milyon unsiyaya çatıb. Mövcud alış dövrü isə 2024-cü ilin noyabrında başlamışdı.
Qızıl qiymətləri oktyabr ayındakı zirvədən geri çəkildikdən sonra yenidən uns başına 4 min dolların üzərinə yüksələrək toparlanıb və 1979-cu ildən bəri ən yaxşı ilini keçirməyə doğru irəliləyir.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) 9–10 dekabr iclasında faizləri endirəcəyi ilə bağlı artan gözləntilər qızılı dəstəkləyir. Eyni zamanda bazar növbəti Fed sədrinin pul siyasətinə daha “yumşaq” yanaşma sərgiləyəcəyini proqnozlaşdırır.
Dünya Qızıl Şurasının məlumatına görə, ilin ortalarında durğunluq yaşayan qlobal mərkəzi bankların qızıl alımları oktyabr ayında sürətlənib.
Bizi sosial şəbəkələrdən izləyin!!
