ABŞ prezidenti Donald Tramp ilk dəfə FİFA Sülh Mükafatına layiq görülüb.
Banco.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino Trampa mükafatı səhnədə təqdim edərək, ABŞ prezidentinin bir ilə yaxın müddət ərzində dünyada bir neçə müharibənin sona çatmasında mühüm rol oynadığını qeyd edib.
İnfantino FİFA-nın ilk mükafatı olan FİFA Sülh Mükafatının Trampa dünya sülhünə verdiyi töhfələrə görə verildiyini bildirib.
Mükafatı aldıqdan sonra çıxış edən Tramp Konqo Demokratik Respublikası ilə Ruanda arasındakı müharibədən, Hindistan və Pakistan arasındakı qarşıdurmalara qədər müxtəlif nümunələr göstərərək bildirib ki, milyonlarla insanın həyatını xilas etdik:
"Bu mükafat mənim üçün böyük şərəfdir".
Tramp ailəsinə proses boyu göstərdikləri dəstəyə görə təşəkkür edib, həmçinin Kanada və Meksika liderlərinə dünya çempionatına birgə ev sahibliyi etdiklərinə görə təşəkkür edib.
"Dünya hazırda daha təhlükəsiz yerdir",-deyib.
FİFA ötən ay FİFA Sülh Mükafatının ilk dəfə olaraq dünya sülhünə töhfə verən şəxsə veriləcəyini açıqlayıb.
