İşəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verməlidir | Banco.az

İşəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verməlidir

Hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. İşçi ilə əmək müqaviləsi bağlanarkən müqavilənin şərtləri qanunvericilikdə nəzərdə tutulmuş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Eyni zamanda, əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir. Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirilən tədbirdə vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "vergiler.az"a verilən məlumata görə, tədbirdə Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər və işçilər iştirak ediblər. Tədbir zamanı iş yerlərində əməyin mühafizəsinin təmin edilməsi üçün işəgötürənlərin vəzifələri diqqətə çatdırılıb. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi üzrə işçilərin üzərinə düşən vəzifələr haqda da fikir mübadiləsi aparılıb.

Vergiler.az