İşçini işdən çıxartmazdan əvvəl nə etmək lazımdır? | Banco.az

İşçini işdən çıxartmazdan əvvəl nə etmək lazımdır?

İlkin addım 

İşdən çıxarılması ilə əlaqədar işçi ilə söhbətə başlamazdan əvvəl vəziyyəti ətraflı təhlil edin. Bunun əsaslandırılmış, ədalətli və zəruri bir qərar olduğuna əmin olun. İşçinin bilavasitə rəhbəri və həmkarları ilə ayrı-ayrılıqda danışın. Yaranmış vəziyyətə komandadakı anlaşılmazlıq və ya intriqanın səbəb olub-olmadığını dəqiqləşdirin. 

İkinci addım 

İşçinin ilk reaksiyasının nə ola biləcəyini əvvəlcədən düşünün. Məsələn, birinci tip işçi özünü yaxşı idarə edə bilir və heç deyilənləri eşidib-eşitmədiyi bəlli deyil. Bu halda əlavə suallar verin. İkinci tip işçi aqressivdirsə, işdən çıxarılma qərarına müqavimət göstərəcəkdir. Təmkinli olun və mübahisəyə qoşulmayın. Üçüncü tip işçi isə sadəcə dinləyir və ya ağlayır. Belə işçiyə təəssüfünüzü bildirin. Dördüncü tip işçi bazarlıq etməyə başlayacaq, təzminat tələb edəcək. Bu vəziyyətdə dəqiq bir hesablama edin. 

Həmçinin oxuMünasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI 

Üçüncü addım 

İşdən çıxarılma haqqında söhbətdən əvvəl şirkətin işçiyə hansı təzminatı ödəməyə hazır olduğunu maliyyə meneceri ilə müzakirə edin. İşçi daha yüksək məbləğdə təzminat istəyəcəyi təqdirdə hansı arqumentləri bildirəcəyinizi əvvəlcədən düşünün. Şəxs ümumi ödəniş məbləğinin nədən ibarət olduğunu aydın anlasa və rəhbər də bunu əsaslandıra bilsə, heç bir sövdələşmə baş tutmaz.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər 

Dördüncü addım

İstənilən bir insan üçün əhəmiyyətlidir ki, işdən çıxarılsa belə özünü alçalmış hiss etməsin, iş yerini başını dik tutaraq tərk edə bilsin. İşçilərə özünəinam hissini itirmədən şirkətdən ayrılmağa kömək edin. Keçmiş işçinin sosial şəbəkələrdə dərhal silindiyi və ya bloklandığı sərt vəziyyətlə “hər an bizə baş çəkə bilərsiniz” ifadəsi arasında orta yer tapın. Şəxsiyyətə hörmət göstərin və səmimi qalın. 

Nigar Umaxanlı, Finco.az 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et