İşçiləri necə motivasiya etmək olar? | Banco.az

İşçiləri necə motivasiya etmək olar?

İnsan resursları sahəsində motivasiyaya “psixoloji müqavilə” deyilir. İnsanları idarəetmədə ən çətin vəzifələrdən biri onların motivasiyasıdır.

Maaşı, ümumiyyətlə, artırılmayan və ya çox kiçik bir müavinət alan işçilər, eyni zamanda iş yerlərinin ixtisar edilməsi və ya istedadlı kadr çatışmazlığı səbəbindən bir neçə nəfərin əvəzinə işləyən insanlar özlərini layiqincə qiymətləndirilməmiş və məyus hiss edə bilərlər. Maliyyə böhranından bir neçə il sonra, insanlar öz işlərini itirməmək üçün mübarizə apardığı dövrdə motivasiya məsələsi hələ də aktual qalır.

Heyətinizi necə motivasiya edəcəyinizi bilirsinizsə, müvəffəqiyyət, yüksək məhsuldarlıq və karyera yüksəlişi sizi gözləyir. İşçilərinizin etdikləri sizə birbaşa və ya dolayı yolla təsir edir. Uğurlu karyera qurmaq istəyirsinizsə, motivasiya mənimsəməli olduğunuz bir sənətdir.

Həmçinin oxu:  Bu 6 sualı cavablayanlar mükəmməl rəhbər ola bilər 

İşçiləri həvəsləndirməyin müxtəlif yollarına nəzər salın — Pul və statusdan savayı işçiləri həvəsləndirən bir çox amil var. Bunlara daxildir:

1. İşdən məmnunluq

2. İş vasitəsilə sosial həyat

3. Məqsədləri görmə

4. Müəssisə üçün əhəmiyyətli olduqları hissi

5. Dəyərlərinə (onlar üçün vacib olan şeylər) hörmət

6. Onların imkanlarına cavab verən vəzifədə işləmək

7. Onları həvəsləndirən bir layihə üzərində işləmək

8. Bir şeyə nəzarət və ona görə məsuliyyət daşımaq

9. Yeni bacarıqlara yiyələnmək

10. Karyera yolu barədə aydın təsəvvürə sahib olmaq

11. Yaxşı yerinə yetirilmiş işlə bağlı geri əlaqə almaq

12. Məhsuldarlığı artırmağa yönəlmiş konstruktiv rəylərin alınması

Ən sərfəli kredit üçün müraciət et

13. Müəssisə qarşısındakı xidmətlərə görə təqdir olunmaq

Həmçinin oxu: Dəyərli işçiləri şirkətdə necə saxlamaq olar?

14. Xeyriyyəçilik fəaliyyətini dəstəkləmək üçün əlavə vaxt qazanmaq

15. Çevik iş saatları

16. İdeyaları ilə maraqlanmaq

17. Nə baş verdiyi və niyə olduğu barədə yaxşı ünsiyyət

18. Onların rolunun şöbəyə və bütün şirkətə necə təsir etdiyinə dair təəssürat

19. İllər boyu müəssisə üçün sərf etdiyi əmək müqabilində uzunmüddətli tətil

20. Unikallıqlarına görə dəyərləndirilmək

21. Onlara təşəkkür edilməsi

22. İşçiyə diqqəti göstərən kiçik jestlər

23. Yalnız işçi, tabeliyində olan biri kimi deyil, həmçinin şəxsiyyət olaraq onlarla maraqlanmaq

24. İşgüzar məqsədlərlə yanaşı şəxsi hədəflərinə çatmaqda da dəstək göstərilməsi

25. Karyeralarında onları daha çox tələb olunan mütəxəssisə çevirəcək yeni tapşırıq əldə etmək

26. Dəstək

27. Tənqid olunmadan öyrənmək və səhv etmək imkanı

28. Dinlənilmək və eşidilmək

29. Qərar qəbul olunması prosesində iştirak etmək

30. Şöbədə hökm sürən ədalət

Bütün insanlar fərqlidir, buna görə də hər kəsə fərqli yanaşma tətbiq etmək lazımdır. İşçilərinizlə özünəməxsus qarşılıqlı münasibət sisteminizi inkişaf etdirin ki, onları necə motivasiya edə biləcəyinizi görəsiniz və başa düşəsiniz.

Nigar Umaxanlı, Finco.az