Azərbaycanda aqrar sığorta ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
Bunu açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.
"Biz hazırda fermerləri bir sıra risklərdən qoruyuruq, amma əlavə təkliflərimiz də var. Bu təkliflər mütəmadi olaraq dövlətə verilir və dəyərləndirilir. Söhbət həm sığortalanan bitkilərin sayının artırılmasından, həm də sığorta təminatının genişləndirilməsindən gedir. Yəgin ki, yenilik olduğu təqdirdə bu barədə məlumat veriləcək", - deyə o qeyd edib.
