İş həyatında çay qəlyanaltısı | Banco.az

İş həyatında çay qəlyanaltısı

İşdə çay vaxtı hər kəsin həyatında əhəmiyyətli rol oynayır. Gündəlik iş həyatında çay qəlyanaltısına xüsusi olaraq ayrılmış vaxt şirkətin gələcək fəaliyyəti üçün çox gözəl investisiya ola bilər. Ümumi kofebreyk və ya çay fasiləsi şəxsi baryerləri silir və kollektivi daha da birləşdirir. 

Yaxşı çay və keyfiyyətli qəhvə, xüsusi firma qab-qacağı sizin ofisinizin təkraredilməz stili və vacib detalları hesab edilir. Bu fasilələri yaxşı olar ki, günün ortasında təşkil edəsiniz. Bu həm də istirahət üçün əla imkan yaradacaq. 

Psixoloqlar əmindir ki, çay fasiləsi zamanı yaranan söhbət- işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin bərkidilməsi üçün ən effektiv üsullardan biridir. 

Məşhur psixoloq doktor Rebekka Nyuton beş əsas "tipaj" ayırır ki, bu bilik istənilən işgüzar insana lazım ola bilər. 

1. Özünə arxayın işçi

Güclü, iradəli, özünə və haqlı olmasına tam arxayın olan insan sakitlik və rahatlıq göstərir. Özünə əmin insan çay fincanını bir əldə çənəyə yaxın məsafədə saxlayır. Bu tip insanlar adətən yaxşı rəhbər, əməkdaşlıq münasibətlərində isə yaxşı lider olurlar. 

2. Dinləyici rolu

Dinləyicinin əhatəsində olan insanlara marağını və danışan insanla onun razılığını, onun bədən korpusunun danışana tərəf yönəlməsi göstərir. bu tip insanlar çay fincanını bəzən iki əl ilə saxlayır. 

Ən sərfəli kredit üçün müraciət et

3. Şayiə həvəskarları

Şayiələrin həvəskarı çox vaxt dedi-qoduçu olmur, amma demək olar ki, o hər zaman yüksək diqqəti ilə fərqlənir, çox şeyi yadında saxlayır və alınmış məlumatı təsnif edir. Bu tip insanlarla danışarkən özünüzə və danışdığınız hər sözünüzə diqqət edin. Belə insanlar çay fincanını əlində bərk sıxırlar. 

4. Əsəbi işçi 

İşəqəbul agentliklərinin əməkdaşları üçün çay fasilələri xarakteri uyğun gəlməyən namizədləri işdən kənarlaşdırmağa imkan verı bilər. Əsəbi, bəzən qeyri-standart təbiətli insanlar çay fincanını iki əl ilə sıxır, bəzən isə hətta içkini dağıdırlar. Özünə inamsız, əsəbi, nəyisə gizlədən insan həmsöhbətin baxışından çəkinir, saçlarını və ya geyimini düzəldir və s. bu tip hərəkətlər edir. 

5. İnamsız, iradəsiz işçi

Əgər isti çox isti deyilsə, amma işçi fincanını iki əl ilə saxlayıb içkiyə üfürürsə, bu zaman ehtimal ki, bu zəif iradəli, özünə inamsız və fikri dağınıq bir insandır. 

xanim.net

Ən sərfəli krediti almaq üçün müraciət et