İrlandiya parlamenti qalıq yanacaqlar(bərpa olunmayan enerji resursları) haqda yeni qanun layihəsi hazırlayıb. Yeni qanuna görə ölkə bu sahədə sahib olduğu 300 milyon evroluq hissə paylarını və 150 şirkəti satışa çıxara bilər. Bu haqda Guardian xəbər agentliyi məlumat yayıb.
Bu qərar təstiqini tapdığı halda İrlandiya qalıq enerji resurslarından imtina edəcək ilk ölkə olmağa haqq qazanacaq. Bütün bu planların reallaşdırılması üçün şirkətə 5 il vaxt lazımdır. Belə olduqda İrlandiya höküməti 2030-cu ilədək yanacaqla çalışan avtomobillərin də idxalın dayandıracaq.
Əslində bu heç də təəccüblü deyil, çünki dünyaca məhşur siğorta şirkəti Swiss Re verdiyi açıqlamada 30% gəliri kömür enerjisindən gələn gəlirdən asılı olan şirkətləri siğortalamayacağını açıqlamışdı.
Bərpa olunan enerjidən istifadəni artırmağa çalışsaq da istifadə olunan enerjinin 80%-i qaz, kömür, neftdən asılıdır. Lakin buna baxmayaraq bir çox ölkələr bu haqda ciddi addımlar atmaqda davam edirlər. Bunlara misal olaraq, Koliforniya ştatını misal göstərmək olar. Beləki, ştat 2020-ci ilədək enerji ehtiyacının yarısını bərpa olunan enerjidən (yaşıl enerjidən) almaq niyyətindədir.
Nəcibə Yusifova, Banco.az