İraq və İran qaz təchizatı böhranını aradan qaldırmaq üçün saziş imzalayıblar | Banco.az

İraq və İran qaz təchizatı böhranını aradan qaldırmaq üçün saziş imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

İraq İrana təbii qaz müqabilində neft verəcək.

Banco.az xəbər verir ki, İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İraq və İran arasında İrandan təbii qaz tədarükü ilə bağlı böhrana son qoymaq üçün saziş imzalandığını açıqlayıb. Saziş İraqın elektrik enerjisi istehsalını dəstəkləmək məqsədi daşıyır.

Bu barədə Əs-Sudani çərşənbə axşamı İraqın rəsmi televiziya kanalı olan "İraqiya"da yayımlanan çıxışında bildirib.

O qeyd edib ki, iki ölkənin əldə etdiyi razılaşma çərçivəsində İraq təbii qaz müqabilində İrana neft tədarük edəcək.

Məlumat üçün qeyd edək ki, İraq İrandan qaz idxal edərək ölkənin elektrik stansiyalarına qaz gətirir. İran isə İraqın yığılmış borclarına görə vaxtaşırı qaz tədarükünü azaldır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et