İran Rialı Dollar qarşısında tarixinin ən aşağı səviyyəsini görüb. "Tasnim" agentliyinin xəbərinə görə, dollar 170 min rialdan alıcı tapır.
İranın pul vahidi Rial, ölkə iqtisadiyyatının pisləşməsi və Amerika sanksiyaları ilə əlaqədar olaraq dəyərdən düşməkdə davam edir. Bu gün "qara" bazarda dollar 170 000 riala qalxaraq rekord qırıb.
Rial bu il 75% dəyər itirib.
Rialın aylardır ucuzlaşmasının səbəbləri - iqtisadiyyatdakı zəiflik, İran daxilindəki bank problemləri və ABŞ-ın ölkəyə yeni sanksiya tətbiq etməsindən sonra nigaran olan İran xalqının dollara tələbinin kəskin artmasıdır.
Sanksiyalar yekunlaşmıyıb. ABŞ-ın İranın neft ixracını hədəfə alan bir sıra sanksiya Noyabrda qüvvəyə minəcək. Dünən İran Prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxşında ABŞ-ın ölkəsinə iqtisadi müharibə elan etdiyini deyib.
İranda ağırlaşan iqtisadi vəziyyət səbəbilə keçən ilin Dekabr ayında keçirilmiş etiraz aksiyalarında 25 nəfər ölmüşdü.
marja.az