İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdıracaq | Banco.az

İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdıracaq

Müəllif:Mehin Qasımova/Banco.az

İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı hədəfləyir.

Banco.az xəbər verir ki, bunu  İranın neft naziri Cavad Ovci neft hasilatı ilə bağlı məlumat verərkən deyib.

Ölkəsinin 163 milyard barrel neft ehtiyatına malik olduğuna diqqət çəkən Ovci, hakimiyyətə gəldikdə neft hasilatının gündəlik 2 milyon 100 min barrel səviyyəsində olduğunu, bu gün isə 3 milyon 400 min barrelə yüksəldiyini bildirib.

Qeyd edək ki, Prezident Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ  İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.

İran Neft Nazirliyinin statistikasına görə, 2018-ci ilin aprel ayında ABŞ nüvə sazişindən çıxmazdan əvvəl gündəlik 3,8 milyon barel xam neft və kondensat hasil edən Tehran bu məbləğin 2,8 milyon barrelini ixrac edirdi.

İranın Büdcə və Planlaşdırma Təşkilatının prezidenti Davud Menzur verdiyi açıqlamada ölkəsinin gündəlik neft ixracının 1 milyon 400 min bareli keçdiyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram