İqtisadiyyat nədir sualına müxtəlif formalı cavablar vermək olar, amma ən qısa şəkildə ifadə etsək, iqtisadiyyat məhdud qaynaqlar və sonsuz istəklər problemini idarə edən sistemdir. Məhdud qaynaqlar dedikdə, zaman, pul, təbii sərvətlər və s. misal göstərmək olar.
Bu yazıda sizi iqtisadiyyatın təməl anlayışları ilə tanış edəcəyik. Məsələn, mikro və makro iqtisadiyyat. Sadə şəkildə desək bir işçinin gəliri, maaşı, kredit alan bir fabrikin günlük istehsalı mikro iqtisadiyyatı ifadə etdiyi halda, bankçılıq, yatırımlar, qızıl rezervləri və s. makro iqtisadiyyatı ifadə etməkdədir.
Hər gün istehlak edir və bacardıqca qənaət etməyə çalışırıq. İqtisadiyyatın əsas terminlərindən olan gəlir bu iki ünsürün cəmini təşkil edir.
GƏLİR = İSTEHLAK + QƏNAƏT
Ölkə üçün də bu düstur HASİLAT = İSTEHLAK + QƏNAƏT
İqtisadiyyatın bir digər vacib düsturu SAVİNG = İNVESTMENT şəklindədir. Başqa adla desək, QƏNAƏT = İNVESTİSİYAYA (YATIRIM) bərabərdir.
İqtisadiyyatın əsas maraqlandığı sahələrdən biri də işsizlikdir. Bu baxımdan bir çox ideologiyalar mövcud olsa da 3 əsas fikri diqqətinizə çatdıracağıq.
- Sərbəst bazar iqtisadiyyatı ideyasının yaradıcısı Adam Smit olub. İdeyanın əsasını Sərbəst mülkiyyət və rəqabət təşkil edir.
- Sosialist iqtisadiyyatın yaradıcısı Karl Maks isə Adam Smitin əksinə ictimai mülkiyyət və planlı istehsalı üstünlük hesab edirdi.
- J.M.Keynes tərəfindən yaradılan Keynesçilərin fikrinə görə bazar iqtisadiyyatı daxilən davamsız bir sistemdir. Onların fikrinə görə kapitalizm makroiqtisadi stabilliyi təmin edə bilən mexanizmə malik deyil. Əsas iqtisadi parametrlər arasındakı disproporsiyalar məşğulluğun, qiymətin, istehsalın həcmində tsiklik dəyişmələr əmələ gətirir. Ona görə də Key-nesçilərin fikrincə, hökumət milli təsərrüfatın işlərinə qarışmalı, müxtəlif nəzarət funksiyalarını yerinə yetirməli və əsasən də pul-kredit və fiskal siyasət keçirməlidir.
Monetaristlərin fikrinə görə isə bazar iqtisadiyyatı yüksək iqtisadi stabillik təmin edə bilər. Onların fikrinə görə bütün tsiklik proseslər bazar mexanizminin zəifliyinə görə deyil, hökumət orqanlarının səhv fəaliyyəti nəticəsində baş verir. Buna görə də hökumət sektorlarının sayını minimuma endirmək, həmçinin diskret pul-kredit siyasəti vasitəsilə bazar sisteminə təsirini azaltmaq lazımdır.
Keynesçilik və monetarizm, əsasən, riyazi tənliklər əsasında mövcuddurlar. Keynes nəzəriyyəsi I yerə məcmu xərclər və onların komponentlərini çıxardır.
Keynesçilərin əsas tənliyi bu şəkildədir:
C+I+NX+G= ÜMM
Burada C – əhalinin istehlak xərcləri, I – investisiya, NX – təmiz ixracat, G – hökumət xərcləridir. Bu bərabərliyin əsası o deməkdir ki, əhalinin məcmu xərcləri istehsal edilən ümumi əmtəə və xidmətlərin dəyərinə bərabərdir. M.Fridmen və F.Hayek belə hesab edirlər ki, dövlətin idarə edilmə sistemi bürokratiyadır, səmə-rəsizdir. Ümumiyyətlə, klassik nəzəriyyə tərəfdarları makroiqtisadi səviyyədə isteh-salın həcminə, məşğulluq səviyyəsinə dövlətin təsir göstərməsini məqsədəuyğun saymırdılar.
Keynesçilər fikirləşirlər ki, pul-kredit siyasətinin strateji konsepsiyası ilə ÜMM-un nominal müxtəlifliyi arasındakı əlaqə çox böyükdür. Müxtəlif monetar alətlərin tətbiqi bank sisteminin ehtiyatlarının dəyişməsinə səbəb olur, bu da pul təklifinə təsir göstərir. Pul təklifinin dəyişməsi isə faiz normasına təsir göstərir. Doğrudan da əgər pul təklifi artarsa, kredit götürmək asanlaşar, çünki maliyyə resursları təklifi artır, bu da onların qiymətini – faiz normasını azaldır. Pul kütləsi azaldıqda isə, əks nəticə meydana çıxır.
Nəcibə Yusifova, Banco.az