İqtisadiyyat naziri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb | Banco.az

İqtisadiyyat naziri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və SECO arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanları, ölkənin investisiya və iqtisadi rəqabət mühiti, həmçinin Vergilər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et