İqtisadçılar Fed-in bu il faizi 2 dəfə aşağı salacağını gözləyirlər | Banco.az

İqtisadçılar Fed-in bu il faizi 2 dəfə aşağı salacağını gözləyirlər

Bloomberg-in sorğusuna qatılan iqtisadçılar, Fed-in bu il iki dəfə faiz endiriminə getməsini gözləyirlər.

İqtisadçıların faiz endiriminə dair gözləntiləri, bazarın (investorların) gözləntilərinə yaxınlaşmışdır, ancaq hər iki qrupun gözləntiləri arasındakı fərq tam olaraq bağlanmayıb.

Bloomberg-in 20-24 İyunda keçirdiyi sorğuda iştirak edən iqtisadçılar, Fed-in faizi Sentyabr ayında 25 bənd və Dekabr ayında da 25 bənd aşağı salacağını gözləyirlər. Ötən həftə keçirilən Federal Açıq Bazar Komitəsinin iclası (FOMC) öncəsi, iqtisadçılar yalnız bir faiz endirimi gözləyirdilər.

İnvestorlar isə Fed-in İyul ayında faiz endirəcəyini gözləyirlər.

Fed ötən toplantısında faizi dəyişmədi, ancaq ən tezi İyul ayında ola biləcək şəkildə faiz endiriminə işarə etdi.  

Sorğuda iştirak edən iqtisadçılardan bəziləri, ABŞ-ın iri ticarət tərəfdaşları ilə münaqişəsinin həllində irəliləyiş olub olmamasına bağlı olaraq proqnozlarını dəyişə biləcəklərini qeyd ediblər.

İqtisadi mənzərədə çox qeyri-müəyyənlik var və bunun böyük qismi ticarət gərginliyin azalmasına və ya daha da pisləşməsinə bağlıdır. 

İqtisadçılar ABŞ ilə Çinin bu həftə Osakada keçiriləcək G-20 sammitində razılaşacaqlarına 50 faiz ehtimal verirlər.

marja