Neft hələ bundan sonra 20-30 il müddətinə qlobal enerjinin əsasını təşkil edəcək.
Bunu “Rosneft” sədri İqor Seçin bildirib. O qeyd edib ki, neft erasının bitməsi ilə bağlı şaiyələr həddən artıq şişirdilib.
“Rosneft” sədri onu da qeyd edib ki, enerji ehtiyatlarının ümumi balansında neft payı azalsa da, bu vəziyyət təbii qazın payının artması ilə kompensasiya olunacaq.
Mənbə: Oxu.az