İpoteka sığortasının qaydaları nədən ibarətdir? | Banco.az

İpoteka sığortasının qaydaları nədən ibarətdir?

İpoteka müqaviləsi üzrə kreditorun zərərinin tam ödənilməsi üçün ipoteka predmetinin dəyərinin çatışmayan hissəsinin sığortalanması ipoteka sığortası adlanır. 

İpoteka (kompleks) sığortasına borc alanın həyatının və əmək qabiliyyətinin itirilməsi, daşınmaz əmlakının ziyandan, və eləcə də əmlak hüququnun sığortalanmasından (mülkiyyət titulu) ibarətdir. Sığorta hadisəsinin baş verdiyi halda sığorta şirkəti müştəri tərəfindən ipoteka krediti üzrə vəsaitin ödənilməyən miqdarı həcmində qalığın ödənilməsini öz üzərinə götürür.

Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olmaması şərti ilə, dəymiş real zərərin əvəzinin Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.

“Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair Standart Tələblər”ə əsasən ipoteka kreditini alan şəxs mütləq olaraq 3 növ sığorta əməliyyatını həyata keçirir:

- əmlak sığortası;

- iş qabiliyyətinin itirilməsinin sığortası;

- həyat və sağlamlığının itirilməsinin sığortası.

Sığorta təminatı yalnız Sığorta şəhadətnaməsində göstərilən risklərə dair qüvvədədir və həmin risklər aşağıdakılardan ibarətdir:

  • yanğın və/və ya ildırım vurması
  • partlayış
  • təyyarə və digər hava aparatlarının və ya onlarin hissələrinin düşməsi
  • zəlzələ
  • tufan və qasırğa
  • daşqin, sel basmasi
  • siğorta olunmuş binaların içində və ya qonşu binalarda yerləşən rezervuar və borulardan sizma və ya onların partlamasi nəticəsində su basması.
  • yerüstü nəqliyyat vasitələrinin dəyməsi
  • sindirmaqla oğurluq və ya oğurluğa cəhd.
  • yer sürüşməsi, torpaq çökməsi və ya qalxması

Hal-hazırki zaman kəsiyində hadisələr elə cərəyan edir ki, bank vasitəsi ilə kredit götürən insan sayı heç də az deyil.Nəzərə alsaq ki, kredit götürən , ələlxüsus da ipoteka krediti götürən şəxslər uzun müddətli kredit ödəmələri etmək məcburiyyətindədirlər.Şübhəsiz ki, hər insan sağlam, uzun ömür sürmək və öhdəsinə düşən bütün işləri zamanında görmək istəyir. Lakin təsəvvür etmək kifayətdir ki, ipoteka krediti götürən şəxsin həyatında gözlənilməz bədbəxt hadisə baş verərsə onun ailə üzvləri üçün çətin vəziyyət yarana bilər.Məhz bu kimi halların aradan qaldırılması məqsədi ilə bəzi Sığorta Şirkətləri İpoteka Krediti üzrə borcalanın həyat sığortası məhsulunu təklif edir.

Bu məhsul vasitəsi ilə istənilən şəxs götürdüyü krediti ödəyə bilməyəcəyi hallarda sığorta bu riski öz üzərinə götürür və borcalanın ipoteka kreditinin ödənilməsini həyata keçirir. Bu hallar aşağıdakılardır:

1. Ölüm

2. 1-ci qrup əlillik

3. 2-ci qrup əlillik

Sığorta xərcləri

Sığortanın növü

Orta Məbləğ

Müddət

Fərdi qəza və xəstəlik sığortası

Kredit məbləğinin 0,5% – 0,7% miqdarında

3-5 gün müddətində

3-5 gün müddətində

İpoteka predmetinin sığortası

Kredit məbləğinin 0,3% – 0,4% miqdarında

3-5 gün müddətində

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et