İpoteka kreditləri üçün müraciət edən vətəndaşların nəzərinə | Banco.az

İpoteka kreditləri üçün müraciət edən vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

ADİ ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 02.02.2024-cü il tarixində saat 11:00-dan başlayacaq.

GÜZƏŞTLİ ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir.

Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram