İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 aprel  Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2043008682 ISIN-li, 30 mln manat həcmində, 6840 gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Yerləşdirmə zamanı hərrac qiyməti 1,003.25 AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 000 000,00  manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 27 noyabr  2038-ci ildir.