iPhone 12 bu ölkədə daha tez satışa çıxarılacaq | Banco.az

iPhone 12 bu ölkədə daha tez satışa çıxarılacaq

Tamara Mustafayeva, Banco.az

Apple şirkətinin böyük maraqla gözlənilən iPhone 12 smartfonu Cənubi Koreyada daha erkən, 13 oktyabr tarixində satışa çıxarıla bilər.

ABŞ-ın texnologiya nəhəngi Apple iPhone seriyasına hər il yeni modellər əlavə edir. İstifadəçilər uzun müddətdir ki, iPhone 12 smartfonunun satışa çıxarılmasını gözləyir. Məlum olduğu kimi, şirkət hər il sentyabr ayında yeni modellərini təqdim edir. Bu il isə dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbilə yeni flaqman modellərinin təqdimatı oktyabr ayına təxirə salınıb. Bu da öz növbəsində yeni modellərin satışa çıxarılması tarixinin də əvvəlki illərlə müqayisədə gecikəcəyi deməkdir.

Texnologiya nəhənginin bazarda qarşısında Samsung və Huawei kimi əsaslı rəqiblər mövcuddur. Cənubi Koreyalı texnologiya şirkəti Samsung smartfon bazarındakı ən güclü istehsalçılardan biridir. Apple şirkətinin də rəqibinə qarşı üstünlük əldə etmək məqsədilə iPhone 12 seriyasını dair fərqli strategiya tətbiq edəcəyi bildirilir. Belə ki, şirkət bu telefonları Samsung şirkətinin evində daha erkən satışa çıxara bilər.

iPhone 12

Cənubi Koreya mətbuatında yayımlanan xəbərə görə, Apple şirkəti bu ölkədə iPhone 12 seriyasını daha erkən bazara çıxarmağa hazırlaşır. Şirkətin bu yolla həm sözügedən modelin gecikməsinin təsirini azaltmağı, həm də rəqibi Samsung firmasına qarşı üstünlük əldə etməyi hədəflədiyi bildirilir. Məlum olduğu kimi, iPhone 12 seriyasının ən diqqət cəlb edən xüsusiyyəti 5G texnologiyasıdır ki, Cənubi Koreya da 5G infranstrukturunun ən geniş yayıldığı ölkələrdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple yeni məhsullarını təqdim etdi - QİYMƏTLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et