Apple yeni məhsullarını təqdim etdi - QİYMƏTLƏR | Banco.az

Apple yeni məhsullarını təqdim etdi - QİYMƏTLƏR

Tamara Mustafayeva, Banco.az

Apple şirkəti dünən axşam saatlarında onlayn formada keçirilən təqdimat mərasimi ilə yeni məhsullarını tanıdıb.

Koronavirus pandemiyası səbəbilə təqdimatı təxirə salınan iPhone 12 modelinin tanıdılmadığı təqdimat mərasimində Apple Watch Series 6, Apple Watch SE və yeni iPad modelləri ictimaiyyətə təqdim edilib.

Apple şirkətinin böyük maraqla gözlənilən yeni məhsullarının təqdimat mərasimində iPhone həvəskarları məyusluğa düçar olublar. Belə ki, şirkətin mərkəzi qərargahı Apple Park-da təşkil edilən və pandemiya səbəbilə onlayn formatda keçirilən təqdimat mərasimində yeni İphone modeli tanıdılmayıb. Şirkətin CEO-su Tim Kuk, "Bu gün iki məhsul kateqoriyası ilə qarşınızdayıq: Apple Watch və iPad", deyə mərasimi açıq elan edib.

Apple şirkətinin ağıllı saatları üçün yeni hazırlanan WatchOS 7 sistemi ilə təqdim ediləcək "Əl yuma xəbərdarlığı"-nın təqdim edilməsi ilə başlayan tədbirdə ictimaiyyətə təqdim edilən ilk məhsul olan Apple Watch modelləri ilə koronavirusun ilkin əlamətlərindən biri olan qandakı oksigen səviyyəsini ölçmək mümkündür. 

Apple Watch Series 6 modeli üçün başlanğıc qiymət 399 dollar müəyyən edilib.

Tədbirdə təqdim edilən ikinci məhsul isə Apple Watch SE modeli olub. 

Digər modellərə nəzərən daha münasib qiymətə bazara çıxarılan iPhone SE seriyasını ağıllı saatlara inteqrasiya edən Apple Watch SE üçün başlanğıq qiymət 279 dollar müəyyən edilib.

Bu gündən etibarən əvvəlcədən sifariş əsasında, 18 sentyabr tarixindən etibarən isə satışa çıxarılacaq bu modellər başlanğıc mərhələdə 12 ölkədə istifadəçilərin ixtiyarına veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Təqdimat mərasimində tanıdılan sonuncu məhsul isə 4-cü nəsil iPad Air və 8-ci nəsil iPad modeli olub. Özündən əvvəlki modelə nəzərən 2 dəfə daha sürətli olan yeni iPad A12 Bionic prosessoru ilə təchiz olunub. 10,2 düym Retina ekrana sahib yeni model 10 saatlıq batareya həcminə malikdir. 

Bu gündən etibarən əvvəlcədən sifariş əsasında, 18 sentyabr tarixindən etibarən isə satışa çıxarılacaq bu modelin başlanğıc qiyməti 329 dollar müəyyən edilib.

Liquid Retina ekrana sahib 4-cü nəsil iPad Air modeli isə A14 Bionic prosessoru ilə təchiz olunub.

Apple launches iPad Air 4 with A14 Bionic SoC, iPad 8 at Time Flies event -  Technology News

Gələn ay satışa çıxarılacaq məhsulun başlanğıc qiyməti isə 599 dollar müəyyən edilib.

Həmçinin oxu: Apple şirkətindən 2 trilyonluq tarixi uğur!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et