IOS üçün fotoşəkillərdən insanları silə biləcəyiniz proqram yaradılıb | Banco.az

IOS üçün fotoşəkillərdən insanları silə biləcəyiniz proqram yaradılıb

“Apple” smartfon sahibi olanlar üçün, insanları şəkildən silə biləcək yeni bir proqram yaradıb.

Proqramın yaradıcısı  olan “Do Something Good” şirkəti, öz əlavəsini “Bye Bye Camera” adlandırıb. Bu proqram süni intellekt sistemi ilə işləyir

“Bye Bye Camera”nın işləməsi üçün internetə giriş tələb olunur, çünki şəklin işlənməsi xidmətin serverində həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Bye Bye Camera” alqoritmləri insanın konturlarını müəyyənləşdirir və onun əvəzinə fonu "tamamlayır".

Hələ ki, əlavənin iOS cihazlarında tətbiqi mümkündür. Proqram yaradıcılarının, onu Android cihazlarında nə zaman tətbiq etməyə başlayacaqları barədə məlumat verilməyib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et