Amerika Birləşmiş Ştatları ilə Çin arasında davam edən ticarət müharibəsi fond birjasında qısa müddətli volatilliyə (dəyişkənliyə) səbəb oldu.
Bəzi insvestorlar iki ölkə arasındakı bu vəziyyəti hələ tam ticarət müharibəsi adlandırmırlar. Lakin, hər iki ölkənin də geri addım atacağına dair heç bir göstəricinin olmaması ilə “Goldman Sachs” şirkətinin səhm strateqləri birjada yaranan gərginliklərin artmasına səbəb olan amilləri açıqladılar.
Bildiyimiz kimi bu il Trump hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərində məhsula gömrük vergisi tətbiq etmişdi və Çinin mövqeyindən asılı olaraq da əlavə 400 milyard dollar dəyərindəki mallara da tarif vergisi tətbiq edəcəyini söyləmişdi. O, həmçinin Kanada, Avropa İttifaqı və Meksikaya da tarif vergisi qoyacağını elan etmişdi.
“Goldman” şirkətinin baş səhm strateqi David Kostin bildirir ki, ticarət münaqişələri Amerika Fond birjasının S&P indeksi ölkələrinin gəlirlərinə iki şəkildə zərər vura bilər.
Birincisi Çin başda olmaqla ABŞ –ın münaqişə vəziyyətində olduğu digər ölkələrə ixracat həyata keçirən şirkətlərin gəlirlərini azaldır.
Kostin cümə günü müştərilərə etdiyi açıqlamada qeyd edir ki, S&P 500 EPS (səhm üzrə mənfəət) ölkələrinə tətbiq olunan tarif vergisinin gəlirlərə təsiri minimal səviyyədədir. Bunun səbəbi isə həmin ölkələrin gəlirlərinin yalnız 2% -nin Çinə edilən satışlardan əldə edilməsidir. Hətta ticarət müharibəsi qlobal xarakter alsa belə, bütün ticarət tərəfdaşlarına 5% tarif vergisi tətbiq edilməsi halında, “Goldman” 2019 – cu il üçün göstəricinin 1% aşağı düşərək 169 dollar olacağını proqnozlaşdırır.
Kostin bildirdi ki, ticarət müharibəsinin ABŞ şirkətlərinə ikinci daha mühüm təsiri isə daha az qazanc əldə edilməsi ilə bağlı olacaq. ABŞ və Çin arasındakı ticarət dövriyyəsi ÇİN – ABŞ istiqamətində daha aktivdir və satılan məhsulların qiymətinin təqribən 15% - i ABŞ xaricindədir.
“Əgər gərginlik davam edərsə və bütün ABŞ idxalı məhsullara 10% tarif vergisi tətbiq olunarsa, səhm üzrə mənfəət (EPS) göstəricisinin 15% - ə qədər aşağı düşərək 145 dollar olacağı təxmin edilir.” deyə Kostin bildirir.
İnvestorlar hələ ki bu riskdən uzaqdırlar. Kostin ticarət münaqişələri ilə neft və daş kömür kimi ağır sənaye məhsullarının idxalı arasında güclü əlaqənin olmadığını söyləyir.
Lakin, investorlar ticarət müharibəsinin daha da kəskinləşəcəyindən narahat olduqları üçün “Goldman” iki tövsiyə irəli sürür:
- Gəlirlərinin çoxunu ABŞ daxilində əldə edən şirkətlərin səhmlərinə sərmayə qoysunlar.
- 2019 – cu ilin dekabr ayında 2900 tiraj qiyməti ilə müddəti bitəcək səhmləri əvəz etsinlər. Kostin bildirir ki, fond birjasının indeksi 9 % - dən az düşərsə, bu daha yaxşı nəticə verəcək.
Tamara Mustafayeva, banco.az