İnvestorlar Mark Uolter və Tomas Tull 40 milyard dollarlıq aktivləri birləşdirəcək | Banco.az

İnvestorlar Mark Uolter və Tomas Tull 40 milyard dollarlıq aktivləri birləşdirəcək

Müəllif - Fərid İslamov - Banco.az

 Legendary Entertainment media şirkətinin qurucusu və keçmiş sahibi Tomas Tull, milyarder Mark Uolterin investisiya şirkəti TWG Global-ın həmsədri olacaq, Financial Times yazır.  

Üç məlumatlı mənbənin dediyinə görə, TWG-nin ümumi aktivlərinin həcmi təxminən 40 milyard dollara yaxınlaşacaq.  

TWG Global müxtəlif aktivləri, o cümlədən "Los-Anceles Dodcers" beysbol komandası və "Çelsi" futbol klubundakı payları əhatə edir. Tull özünün vençur kapitalı, biotexnologiya, media və müdafiə sənayesi sahəsindəki aktivlərini bu şirkətlə birləşdirəcək.  

"TWG Global-ı birgə idarə etmək üçün güclərimizi birləşdirməklə, texnoloji və əməliyyat yeniliklərini tətbiq edərək portfelimizdəki şirkətlərin daha səmərəli böyüməsini və dəyərinin artmasını təmin edə biləcəyik," - Uolter FT-yə verdiyi müsahibədə bildirib.