İnvestor ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı açıqlama verib | Banco.az

İnvestor ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı açıqlama verib

Müəllif - Aida İsaq, Banco.az

FED siyasəti sərtləşdirməyə və faizləri artırmağa davam edərsə, ABŞ-ın maliyyə sistemində vəziyyət dəyişilməyə başlayacaq. Dolların məzənnəsi 20 ildən sonra maksimuma çata bilər. 

Banco.az xəbər verir ki, bu fikirləri investor Pavel Verevkin Amerika iqtisadiyyatının çökməsinin mümkün ssenarisi ilə bağlı açıqlamasında bildirib.

“Noyabrın 2-də keçirilən son iclasa qədər Amerika bazarı FED-in güzəştə gedəcəyinə və cari pul siyasətini yumşaldacağını gözləyirdi. Ancaq FED vəziyyətə nəzarəti itirdi. Hazırda problemin öz-özünə həll olunacağı ümidi ilə yalnız inflyasiya artdıqdan sonra dərəcə artırıla bilər”.

Qeyd olunur ki, gələn ilin əvvəlində 35 faizlik ehtimalla FED-in uçot dərəcəsi artıq beş faizə çata bilər. Bu isə ABŞ dollarının bütün ehtiyat valyutalar qarşısında bahalaşmağa davam edəcəyi deməkdir. 2023-cü ilin birinci rübünün ortalarına qədər dolların məzənnəsi 2002-ci ilin səviyyəsinə qalxa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Daha əvvəl politoloq Stanislav Bışokun sözlərinə görə, ABŞ iqtisadiyyatı dəstəkləmək üçün öz istehsalçılarına subsidiya verməyi planlaşdırır. Aİ ölkələrində də buna paralel olaraq tədbirlər görüləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et