İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya yatırılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya yatırılacaq

Azərbaycanda ötən il qeyri-neft sektoru 2015-ci ilə nisbətən 5% inkişaf edib. Bunu bu gün "Özəlləşdirmə sahəsində investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini qeyd edib ki, sahibkarlara ümumilikdə 106 investisiya təşviqi sənədi verilib: "Ötən il 88-i hüquqi şəxs, 10-u isə fərdi sahibkar olmaqla, ümumilikdə 106 sahibkara investisiya təşviqi sənədi verilib. Bu təşviq sənədləri qeyri-neft iqtisadi sahələrini əhatə edir. Bu layihələrə uyğun olaraq, ümumilikdə 1 mlrd. dollardan çox investisiya yatırılması, 7 mindən çox iş yerinin açılması nəzərdə tutulur". 

"Sumqayıt Kimya Sənaye Parkına da 1 mlrd. dollar sərmayə yatırılması planlaşdırılır ki, ümumilikdə 2 minə qədər yeni iş yerləri açılması nəzərdə tutulur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 9 rezident fəaliyyət göstərir", - deyə N.Səfərov əlavə edib.

Mənbə: Report.az