İsveçin pərakəndə geyim firması olan “H&M” rəqiblərini geridə qoyaraq ən məşhur marka seçildi. “SEMrush” saytının internetdə axtarış göstəricilərini araşdıraraq hazırladığı siyahıya əsasən, “H&M” dünya miqyasında ayda 30 milyondan çox axtarış qeydə alınan, dünyanın ən məşhur markası oldu.
“H&M” – i ayda 25 milyon axtarış göstəricisi ilə “Zara” izləyir. İdman geyim nəhəngi “Adidas” və “Nike”, İngiltərənin onlayn pərakəndə satış markası olan “ASOS” ilə birlikdə hər bir 15 milyondan çox axtarış göstəricisi ilə üçüncü sırada yer alırlar.
İnternetdə axtarış göstəricilərinə modanın “fast-fud” – u olaraq görülən “fast-fashion” (ən yeni dəbli geyimləri ən uyğun qiymətə müştəriyə təklif etmək) markaları rəhbərlik edərkən lüks markaların aylıq axtarış göstəricilərinin 5 milyonu üstələmədiyi müəyyən edildi.
Tamara Mustafayeva, banco.az