İnternetdə olan bütün şəxsi məlumatlarınızı bu platforma vasitəsilə silə bilərsiniz | Banco.az

İnternetdə olan bütün şəxsi məlumatlarınızı bu platforma vasitəsilə silə bilərsiniz

İnternetdən istifadə getdikcə daha çox artır və həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.

Hazırda internet üzərindən çox sayda əməliyyatlar aparmaq mümkündür. Ancaq şəxsi məlumatların şəbəkədə qalmasını, yəqin ki, heç kim istəməz.

"Delete Me" adlı platforma məhz bu məqsədə xidmət edir. Platforma internetdəki fərdi məlumatları bir-bir silməklə təhlükəsizliyinizi müəyyən dərəcədə təmin edir.

“Delete Me” ilə bağlı olaraq onu bilməlisiniz ki, platforma sosial media hesabı kimi məlumatlarınızı silmir.

Sadəcə olaraq veb-saytlar vasitəsilə yayılan məlumatları – ev ünvanı, telefon nömrəsi və poçt ünvanı kimi məlumatları silir.

Ən sərfəli kredit üçün müraciət et

Bu yolla dünyada təkcə bu il 18 faiz artan spam axtarışlarından xilas ola bilərsiniz. “Delete Me” haqqında bilməli olduğunuz digər məqam bu platformanın ödənişli olmasıdır. Əslində bu gözləniləndi. Çünki proqram internetdəki məlumatlarınızı bir-bir təmizləyir və bu heç də asan iş deyil.

Platformanı aylıq, illik və ya iki illik seçimlərlə istifadə etmək olar. Bəzi abunə paketləri 2 və ya 4 nəfərlik ailələr üçün məlumatların silinməsini təmin edir.

Bir məqamı da qeyd edək ki, bu xidmətdən bir dəfə yararlanmaq mümkün deyil. Çünki internetdən istifadəyə davam etdiyiniz müddətdə şəxsi məlumatlarınız yenidən yayılacaq.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et