Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın aparıcı çip istehsalçısı “Intel” kriptovalyuta istehsalında istifadə edilən çiplərlə bağlı qərar verib.
Banco.az xəbər verir ki, dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan “Intel” kriptovalyutada istifadə edilən çip seriyasının istehsalını dayandırdığını açıqlayıb.
“Intel” tərəfindən edilən açıqlamada şirkət "IDM 2.0"a sərmayələrini prioritetləşdirdiyi üçün “Blockscale 1000” seriyasının yararlılıq müddətini tamamladığı, lakin bu sahədə müştəri dəstəyinin davam edəcəyi ifadə edilib.
Şirkət həmçinin kriptovalyuta məkanında bazar imkanlarını izləməyə davam edəcəyini də qeyd edib.
“Intel”in rəsmi saytındakı məlumata görə, şirkət oktyabr ayına qədər “Blockscale” seriyası üçün sifarişləri qəbul etməyi və gələn ilin aprel ayına qədər tədarükü başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, 2021-ci ildə şirkət istehsal, innovasiya və məhsul liderliyi hədəflərinə uyğun olaraq "IDM 2.0" strategiyasını və bu çərçivədə investisiyalar planını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!