“Intel” firmasının gəlirləri və mənfəəti artım göstərib | Banco.az

“Intel” firmasının gəlirləri və mənfəəti artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” firmasının gəlirləri ötən ilin sonuncu rübündə artıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan “Intel” 2023-cü ilin dördüncü rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, çip istehsalçısının gəliri ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 15,4 milyard dollara çatıb. “Intel” 2022-ci ilin dördüncü rübündə 14 milyard dollar gəlir əldə etmişdi.

Bazar proqnozlarını üstələyən şirkətin gəlirinin bu dövrdə 15,15 milyard dollar olacağı gözlənilirdi.

Şirkətin ümumilikdə 2023-cü il ərzində əldə etdiyi gəlir isə 14 faiz azalaraq 63,1 milyard dollardan 54,2 milyard dollara düşüb.

Ötən ilin son rübündə “Intel”in xalis mənfəəti 2,7 milyard dollar olaraq qeyd edilib. Şirkət əvvəlki ilin eyni rübündə 700 milyon dollar xalis zərər açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

“Intel”in 2023-cü il üzrə ümumi xalis mənfəəti 1,7 milyard dollar olaraq hesablanıb.

Əvvəlki ilin dördüncü rübündə bir səhmə görə 16 sent zərər elan edən “Intel” 2023-cü ilin eyni dövründə səhm başına 63 sent qazanc əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et