“Instagram” növbəti yeniliyə hazırlaşır | Banco.az

“Instagram” növbəti yeniliyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” izləyici siyahısını gizlətmək funksiyası üzərində işləməyə başlayıb.

Banco.az xəbər verir ki, məşhur sosial media tətbiqi “Instagram” izləyici siyahısını gizlətmə xüsusiyyəti üzərində işini davam etdirir. 

Platforma tezliklə istifadəçilərin öz izləyicilərini gizlədə biləcəyi bir seçim təqdim etməyi planlaşdırır.

Bildirilir ki, “Instagram” sözügedən funksiyanı istəyə uyğun edəcək, yəni istifadəçilər istədikləri zaman onu aktiv və ya deaktiv edə biləcəklər.

Hələlik rəsmi açıqlama verilmədiyi üçün yeni məxfilik xüsusiyyətinin nə vaxt istifadəyə veriləcəyi dəqiq bilinmir. Bununla belə, “Instagram”ın istifadəçi məmnuniyyətini artırmaq üçün yeni funksiyalar üzərində işləməyə davam edəcəyi şübhə doğurmur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et