Nyu Yorkun məşhur SoHo küçəsinin mərkəzində bir mənzil binası, Instagram fotoşəkilləri üçün ən ideal mühit təklif edir.
Influencer agentliyi olan Village Marketing tərəfindən hazırlanan 220 kvadrat metrlik ev ayda 15 min Dollara Instagram fenomenlərinə icarəyə verilir.
Həmçinin oxu: Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq
Village Marketing agentliyinin qurucusu Vickie Segar Instagram məşhurlarının məhz şəkil çəkmək üçün otel otaqları kirayələdiklərini və ya mebel mağazalarına getdiklərini gördüyü zaman belə bir ev dizayn etməyin yaxşı fikir olduğuna qərar verib.
İnternet mağazası vasitəsilə satışlarını həyata keçirən Wayfair mebel şirkəti də mənzili ödəniş olaraq mebellərlə təchiz edib. Şirkətin bu işdən gözləntisi tamamilə məhsullarının reklamının düzgün təşkil edilməsidir. Hətta şirkətin bu sahə üzrə çalışan xüsusi komandası da fəaliyyət göstərir. SoHo küçəsindəki bu ev açıldığı avqust ayından etibarən Wayfair şirkəti öz rəsmi Instagram səhifəsində 5 milyon izləyici əldə edib.
Həmçinin oxu: Sosial media hesablarından istifadəni asanlaşdıracaq 5 Onlayn vasitə
Dizayner Maggie Lydecker bu evdə Instagram – da gözəl görünəcək məkanlar yaratmağa çalışıb. Çəhrayı rəngin hələ də çox populyar olduğunu söyləyən dizayner, evdə otaq deyil çərçivə dizayn etdiyini bildirir. Bu çərçivələr şəkillərdə xoş mənzərə yaradacaq kənarlardan ibarətdir.
Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirləri: Çəhrayı
Foto şəkillərin yaxşı olması üçün evə bol günəş işığı düşməsi vacibdir. Bu səbəbdən də evin pəncərələrində pərdədən istifadə edilməyib. Ev şəkil çəkdirmək üçün ideal olsa da, daimi yaşayış üçün uyğun deyil.
Həmçinin oxu: İnternetdən pul qazanmağın hansı yolları var? - 22 üsul
Tamara Mustafayeva, Banco.az