Müəllif: Tamara Mustafayeva, Banco.az
"Instagram", "Facebook" və "WhatsApp" tətbiqlərinə abunəlik gəlir.
Banco.az xəbər verir ki, texnologiya nəhəngi "Meta", ödənişli xidmətlərlə bağlı son sınağı çərçivəsində qarşıdakı aylarda "Instagram", "Facebook" və "WhatsApp" istifadəçiləri üçün premium abunəlikləri sınaqdan keçirməyə başlayacaq.
Yeni abunəliklər inkişaf etmiş süni intellekt imkanları da daxil olmaqla müxtəlif funksiyalara çıxış imkanı verəcək.
Plan çərçivəsində platformaların əsas xidmətlərinə giriş pulsuz olaraq qalacaq.
Şirkətin açıqlamasında “Yeni süni intellekt əsaslı vizual yaratma alətləri ilə ideyalarınızı həyata keçirə biləcəksiniz” ifadəsinə yer verilib.
Şirkət həmçinin dekabr ayında 2 milyard dollar qarşılığında satın aldığı Çin mərkəzli süni intellekt şirkəti "Manus"un da abunəlik planlarında istifadəsini hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!
