Instagram-a ən çox daxil olan ölkələrin siyahısı AÇIQLANIB | Banco.az

Instagram-a ən çox daxil olan ölkələrin siyahısı AÇIQLANIB

2019 – cu il üzrə Instagram platformasından ən çox istifadə edən ölkələrin adları müəyyən edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Ajans Press mətbuat agentliyi Instagram platformasından istifadəyə əsaslanan bir araşdırma həyata keçirib. Ajans Press – in statistik məlumatlardan və media xəbərlərindən tərtib etdiyi araşdırmaya görə, 2019 – cu il üzrə dünyada ən çox Instagram istifadəçisinə sahib ölkə Amerikadır. 110 milyon istifadəçi sayı ilə siyahıda lider olan Amerikanın ən yaxın rəqibindən demək olar ki, iki dəfə öndə olduğu da görülür. Amerikanı 66 milyon istifadəçi sayı ilə Braziliya, 64 milyon ilə Hindistan izləyir. Siyahının digər ölkələri isə ardıcıllıqla İndoneziya, Rusiya, Türkiyə, Yaponiya, İngiltərə, Meksika və Almaniyadır. Instagram istifadəçilərinin ümumi sayında isə ötən ilə nəzərən 50 milyondan çox artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

ITS Media və Ajans Press mətbuat agentliyinin həyata keçirdiyi media araşdırmasına əsasən, mövzu ilə bağlı mətbuatda işıqlandırılan xəbər sayı da müəyyənləşdirilib. 2019 – cu ilin əvvəlindən bu günə qədər mətbuatda Instagram ilə əlaqədar 12 348 ədəd xəbər yayımlanıb.

Həmçinin oxu: Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç